Tərəqqi Tech
· 42 minutes read · Kamran Mammadov

Diffie-Hellman Açar Mübadiləsi

Qarşı tərəfə məlumat göndərən zaman çox hallarda güvən bəsləməyən və ya bizi dinlədiklərindən şübhələndiyimiz vasitədən istifadə etməli oluruq. Bu zaman şifrələmədən istifadə etməli oluruq. Şifrələmə də güvənli bir şifrə və ya açar tələb edir. Bəs əgər güvənsiz mühitdəyiksə, mesajımızı şifrələdikdən sonra qarşı tərəfin mesajın nə olduğunu anlaması üçün açarı necə qarşı tərəfə güvənli yolla ötürə bilərik? Bu problemi 1976 -cı ildə Whitfield Diffie və Martin Hellman həll edə bilmişdilər.

DH Açar Mübadiləsi Nümayişi

Deyək ki, Ayxan Sevdaya mesaj göndərmək istəyir. Ancaq onlar fərqli ölkələrdə yaşayırlar. Belə vəziyyətdə yalnız internet şəbəkəsindən istifadə edərək mesajı göndərə bilər. Əlavə olaraq Ayxan qoşulduğu ictimai Wi-Fi şəbəkəsinə güvənmir. Belə bir situasiyada DH alqoritmi çox köməyə gəlir. Nümayişin daha asan olması üçün kiçik ədədlərdən istifadə edəcəyik.

  1. İlk növbədə tərəflər iki ədəddə razılığa gəlməlidir, p və g.
    • p - prime, yəni sadə ədəd. Böyük bir sadə ədəd olmalıdır və modul rolunu oynayır. Minimum 2048 bit uzunluğunda olması məsləhət görülür.
    • g - generator və ya törədici. g elə seçilməlidir ki, onun qüvvətləri (g1,g2,g3,…) tam q addımdan sonra təkrarlansın, burada p=2q+1 və q böyük sadə ədəddir. Köhnə mənbələrdə isə g-nin p moduluna görə ibtidai kök olması tövsiyə olunur, yəni dövr p−1 addımdan sonra tamamlanır.
    • Bizim nümunədə p böyük olmasa belə g onun moduluna görə ibtidai köküdür.
  2. Ayxan öz gizli açarını 9 olaraq təyin edib yeni bir açar yaradaraq Sevdaya göndərir.
    • A=39mod43=32
    • A açarını güvənsiz bağlantı üzərindən göndərilməsi problem yaratmır.
  3. Sevda isə 13 ədədindən istifadə edib eyni addımları yerinə yetirir.
    • B=313mod43=12
    • B açarını da güvənsiz bağlantı üzərindən göndərilməsi problem yaratmır.
  4. Ayxan Sevdadan aldığı B açarını öz gizli a açarından istifadə edərək yeni gizli açar düzəldir.
    • s=129mod43=39
  5. Sevda isə Ayxandan aldığı A açarını özünün b açarının köməkliyi ilə eyni gizli açar yaradır.
    • s=3213mod43=39
  6. Beləliklə hər ikisində eyni gizli açar yaranmış olur. Bununla da eyni açardan istifadə edərək hər iki tərəf mesajlarını simmetrik olaraq şifrələyə bilərlər.

Qeyd: DH yalnız passiv dinləməyə qarşı qoruyur. Şəbnəm bağlantının ortasına girib (MITM) hər iki tərəflə ayrıca açar mübadiləsi edə bilər. Bunun qarşısını almaq üçün ictimai açarlar imza və ya sertifikatla təsdiqlənməlidir (TLS-də olduğu kimi).

Üçüncü şəxsin gizli açarı tapmaq üçün əl ata biləcəyi yollar

Hər iki tərəfin bir-birilərinin gizli açarlarını tapmaq çətin olmalıdır. Əgər misal üçün Ayxan əldə olmuş açar vasitəsi ilə Sevdanın gizli açarını hesablayıb tapa bilirsə demək üçüncü şəxs güvənsiz şəbəkə vasitəsilə onların Ayxanla Sevdanın yazışmalarını açıq şəkildə oxuya biləcək. Üçüncü şəxs siyahıda verilmiş yollardan istifadə edə bilər.

Üçüncü şəxsin bu situasiyada adı Şəbnəmdir.

1. Brute force

Şəbnəm bir-bir sınayıb nə olduğunu tapa bilər: 31mod43=3,32mod43=9,313mod43=12.

Yalnız brute force etməyin sərfəli olub olmadığını da göstərən p ədədidir.

B=gbmodp bu düsturdan məlum olur ki 0<B≤p−1. Bununla da əgər p kiçikdirsə deməli b -nin də böyük olması elə də avantaj deyil, çünki yenə də cavab p−1 -dən kiçik olacaq və Şəbnəm bir az brute forcedan sonra b -ni əldə edə biləcək.

p -nin kiçik olması Logjam hücumuna yol açır. Buna görə minimum 2048 bitdən istifadə olunmalıdır.

2. Xüsusi açarlardan istifadə edərək

Bunun işə yaraması üçün gərək Sevda Ayxanla yazışma zamanı seçdiyi gizli açarı Şəbnəmlə bağlantı üçün istifadə etməlidir. Bunun adı Static DH (Static Diffie-Hellman) əks halda isə DHE (Diffie-Hellman Ephemeral) olardı.

1. b -nin tək yoxsa cüt olmasını öyrənmək

Şəbnəm p−1 ədədini öz ictimai açarı kimi (C1) Sevdaya təqdim edərsə sonda yaranmış gizli açar ya 42 olacaq ya da 1.

s=42bmod43=42

Şəbnəm əgər sonda yaranan gizli açarın nə olduğunu bilməsə də çox asanlıqla Sevdanın ona göndərəcəyi mesajı deşifrələyərək tapa biləcək.

s -in dəyərinə görə b -nin tək ya cüt olmasını tapa bilərik.

s=42: b təkdir
s=1: b cütdür

Göstəriş üçün:

421mod43=423mod43=425mod43=42422mod43=424mod43=426mod43=1

Bunun səbəbi odur ki, 42 ədədi 43 -ün ibtidai kökü deyil amma hətta daha pis təkrarlanma üçün yalnız 2 dövr gərəkdir. Yəni istənilən seçilmiş b üçün b+2 eyni açara bərabər olacaq.

Bu məlumatla da Şəbnəmə b -nin tək ədəd olduğu məlum olacaq.

2. bmodq hesablamaq

Şəbnəm ikinci addımda belə bir düsturdan istifadə edir.

C2=g(p−1)/qmodp

q burada p−1 -i qalıqsız bölən və eyni zamanda sadə bir ədəddir. q Şəbnəmə neçə dövrdən sonra eyni cavaba gələ biləcəyini təyin edir. Məsələn q -nu 3 olaraq təyin edirik.

C2=3(43−1)/3mod43=36

Bundan sonra C2 -ni Sevdaya ötürsə:

s=36bmod43

s isə dövr sayı 3 olduğundan yalnız 36, 6 və ya 1 ədədlərinə bərabər olacaq.

Əslində qəliz gəlsə belə bu elə ilk addımda etdiyimizdir.

361mod43=364mod43=367mod43=36362mod43=365mod43=368mod43=6363mod43=366mod43=369mod43=1

Şəbnəm sonra yenə bu verilmiş 3 ehtimalı da yoxlayıb s -in 36 ya bərabər olduğunu təyin edir.

Əgər s=36 demək bmod3=1 yəni b -ni 3 -ə böləndə qalıqda 1 alınır.

3. Daha az cəhdlə gizli açarı tapmaq

Nəticəyə gəldiyimiz iki şey var.

  1. b tək ədəddir.
  2. b/3 qalıqda 1 verir.

Əlavə olaraq da p=43 olduğundan biz 42 -dən böyük ədədləri sınamağa ehtiyac yoxdur.

Verilmiş şərtləri tətbiq etsək b yalnız bu ədədlərdən biri ola bilər.

1,7,13,19,25,31,37

Nümunədəki istifadə olunan ədədlər kiçik olduğundan bu qədər addım sərfəli görsənməyə bilər daha böyük parametrlərlə daha çox kömək etmiş olacaq.

3. Zəif p parametrindən istifadə etmək

p -nin güvənli sadə ədəd olması üçün (p−1)/2 özü sadə ədəd olmalıdır. Bizim nümunədə p=43 olduğundan zəif sadə ədəd sayılır, çünki 42/2=21=3⋅7 sadə deyil.

Bu yolla heç Şəbnəmlə Sevdanın arasında açar mübadiləsi belə gərəkli deyil.

Şəbnəm Sevdanın Ayxana göndərdiyi B=12 açarını görmüşdür. Bundan yararlanaraq bir az öncə etdiyimiz hesablamaları edə bilər.

h=(p−1)/qS=Bhmodp

q burada neçə dövrdən sonra eyni cavaba gələ biləcəyini təyin edir.

Məsələn b -nin tək ya cüt olduğunu öyrənmək üçün q=2 vermək olar. Belə halda h=21 olur.

S=1221mod43=(3bmod43)21mod43=(321mod43)b=42bmod43=42

Əgər b tək ədəd olarsa S=42, cüt olarsa S=1 qiymətini alar. Deməli b tək ədəddir.

Növbəti addımda q=3 təyin olunsa h=14 olur.

S=1214mod43=(3bmod43)14mod43=(314mod43)b=36bmod43=36

S=36 cavabı almaq üçün bmod3=1 şərti ödənilməlidir, yəni 3 -ə bölünmə zamanı qalıq 1 olmalıdır.

Son olaraq q=7 seçmək olar.

S=126mod43=(3bmod43)6mod43=(36mod43)b=41bmod43=21

Bir-bir sınasaq b-ni 7 -yə kimi.

410mod43=1411mod43=41412mod43=4413mod43=35414mod43=16415mod43=11416mod43=21

Deməli b -ni 7 -yə bölərkən qalıq 6 olacaq.

Nəticə:

  • b tək ədəddir.
  • bmod3=1
  • bmod7=6

Bu halda 42 -dən kiçik uyğun ədəd yalnız 13 -dür.

Güvənli parametrlər

DH alqoritminin güclü və ya təxminən qırılmaz olması üçün bu şərtlərə riayət olunmalıdır.

  1. IETF RFC 8270: p minimum 2048 bit böyüklüyündə olmalıdır.
  2. p=2q+1 formasında olmalıdır, burada q da sadə ədəddir.
  3. g -nin qüvvətləri tam q addımdan sonra təkrarlanmalıdır.
  4. IETF RFC 7919: 2048 bitlik p üçün minimum 225 bit böyüklüyündə gizli açarlardan istifadə edilməsi tövsiyə olunur.
  5. Tərəflərin yaratdığı gizli açarlar hər dəfə yenilənməlidir, başqa sözlə ephemeral olmalıdır.
  6. DH yalnız passiv dinləməyə qarşı qoruyur. Ortadakı adam (MITM) hücumunun qarşısını almaq üçün ictimai açarlar imza və ya sertifikatla təsdiqlənməlidir.